EN

Hərbi prokuror Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində görüş keçirib (FOTO)

Bakı. Trend:

Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Hərbi DənizQüvvələrinin hərbi qulluqçuları ilə görüş keçirib.

Bu barədə Trend-ə Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilir ki, görüşün əvvəlində Ümumi Lider Heydər Əliyevinabidəsi önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla yadedilib.

Daha sonra Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədovölkə rəhbərliyinin diqqət və qayğısı ilə yaradılmış şərait barədəgeniş məlumat verib, maddi və texniki təchizatın yüksəldilməsi üçünmütəmadi işlərin görülməsini qeyd edib və Hərbi Dəniz QüvvələrininMüzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qarşılarınaqoyulacaq bütün əmr və tapşırıqları vaxtında yerinə yetirməyə qadirolmalarını bildirib.

Hərbi prokuror görüş zamanı Hərbi Dəniz Qüvvələrinin hərbiqulluqçularına nizam-intizamın artırılması ilə bağlı zəruri tövsiyəvə tapşırıqlarını verib.

Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçularahədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlararzulanıb.

Hərbi
Hərbi
Hərbi
Hərbi
Məqalədə:
Chosen
15
14
az.trend.az

10Sources