Sumqayıtda yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 45-ci məhəllə ərazisində qeydə alınıb.
İlkin məlumata görə, 17 yaşlı qız binadan yıxılaraq ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Məlumata əsasən, yeniyetmənin ehtiyatsızlıq nəticəsində binadan yıxıldığı bildirilir.
Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.