Nepalın mərkəzi hissəsində sərnişin avtobusu çaya düşüb, 18 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "The Kathmandu Post" qəzeti məlumat yayıb.
Məlumata görə, 25 yaralı xəstəxanaya çatdırılıb.
Avtobusda 35-dən çox sərnişin olub. Dhadinq yol polisi rayon idarəsinin rəisi Şişir Thapa ölənlərin sayının 18-ə çatdığını bildirib.