EN

Deputat tərəfindən döydürüldüyü deyilən Pərviz Mirizadə İŞİNDƏN AYRILIB

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Günay Ağamalının köməkçisi Pərviz Mirizadə işindən ayrılıb.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, o, ötən həftə sözügedən vəzifəni tərk edib.
 

Xatırladaq ki, bir neçə gün əvvəl deputat Günay Ağamalının atası Fəzail Ağamalının yas mərasimində köməkçisi Pərviz Mirizadəni mühafizəçilərinə döydürməsi ilə bağlı iddialar yayılmışdı.


Lakin hər iki tərəf bu xəbərləri təkzib etmişdi.

Bizim.Media

Chosen
7
13
bizim.media

10Sources