Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakının Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən mağazada partlayışla müşahidə edilən yanğın hadisəsi barədə ilkin məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb./Trend.Az
Milli.Az