Endokrinoloq Anna Dzyuba tiroid problemlərinə işarə edə biləcək əlamətləri açıqlayıb.
E-saglam.az xÉ™bÉ™r verir ki, tiroid funksiyasındakı dÉ™yiÅŸikliklÉ™r demÉ™k olar ki, hÉ™miÅŸÉ™ rifaha tÉ™sir edir vÉ™ yuxu problemlÉ™rinÉ™ sÉ™bÉ™b ola bilÉ™r.Â
Dzyuba qeyd edib ki, yuxu problemləri və daimi qıcıqlanma tiroid vəzinin artıq hormon istehsal etdiyi hipertiroidizmdən qaynaqlana bilər.
Həkimin sözlərinə görə, bu halda insan daxili gərginlik, ürək döyüntüsünün artması və tərləmənin artması hissi də yaşaya bilər. Mütəxəssis əlavə edib ki, bəzən çəki itkisi və əl titrəmələri müşahidə olunur.
"Qalxanabənzər vəzinin funksiyası azalarsa, hipotiroidizm inkişaf edir. Bu halda insan əksər hallarda daimi yorğunluq hiss etməyə başlayır. Yuxululuq başlayır və normal həyat tempi saxlamaq çətinləşir. Dəri quruya, saçlar zəifləyə bilər, bəzən isə hətta isti otaqda belə üzdə şişkinlik və soyuqluq hissi yarana bilər", - deyə Dzyuba xəbərdarlıq edib.
O, həmçinin deyir ki, bu xəstəliyi olan bəzi insanlar pəhrizlərini dəyişdirməsələr də, çəki artımını, diqqətin və performansın azaldığını hiss edirlər.
Tərcümə: Könül Oruc
E-saglam.az