Ali Məhkəmədə özünü politoloq kimi təqdim edən Nəzakət Məmmədovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd: Nəzakət Məmmədova Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur. İttihama əsasən, o, “jurnalist” və “siyasi şərhçi” adı altında Rusiyanın maraqlarına xidmət edib.
Nəzakət Məmmədova ötən ilin oktyabr ayında saxlanılıb və Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dövlətə xəyanətdə ittiham olunan siyasi şərhçiyə 13 il həbs cəzası verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.