EN

Cəlal Hüseynov “Beroe” ilə heç-heçəni kənardan izlədi – ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının daha bir oyununu buraxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 22-ci turu çərçivəsində “Beroe” ilə qarşılaşıb.

“Arda” səfərdə baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Hüseynov bu görüşün iştirakçısı olmayıb. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Arda” 22 turdan sonra 28 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Komanda bu oyunlarda 7 qələbə qazanıb, 7 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 71 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 8 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
7
7
arena.az

10Sources