EN

“İstanbul NS” klinikası 20 min manat cərimələnib

BAKI, 23 fevral. TELEQRAF

“İstanbul NS” klinikası əmək müqaviləsi olmadan həkim çalışdırdığına görə cərimələnib.

Teleqraf xəbər verir ki, aparılan araşdırma zamanı klinikada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin işə cəlb edildiyi müəyyən olunub.

Bu səbəbdən klinika İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozmaqda təqsirli bilinib. Həmin maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsini qadağan edir.

Qərara əsasən, “İstanbul NS” klinikası 20 min manat məbləğində cərimə olunub.

Chosen
12
12
teleqraf.com

10Sources