Nyu-York şəhərinin meri Zohran Mamdani şəhərdə hərəkəti qadağan edib.
Redaktor.az xəbər verir ki, şəhər rəhbərliyi bu addımı yaxınlaşan çovğuna görə atıb. Bələdiyyənin məlumatında bildirilir ki, şəhərdə son onilliklərdə olmayan şiddətli çovğun gözlənilir. Buna görə də bütün zəruri olmayan səfərlər təxirə salınmalıdır.
Hərəkət qadağası bütün nəqliyyat vasitələrinə aid edilir. Yollar və körpülər bağlanacaq. Məktəblərdə dərslər dayandırılıb, hava limanlarının işi məhdudlaşdırılıb.