EN

Qızılı taxtından saldı: Bu zinət əşyasına böyük tələbat var

TürkiyÉ™dÉ™ qızılın qiymÉ™tindÉ™ki kÉ™skin artım alıcıları daha münasib alternativlÉ™rÉ™ yönÉ™ldib. 

Bizim.Media xÉ™bÉ™r verir ki, son günlÉ™r bazarda gümüşdÉ™n hazırlanan "Ajda" qolbaqlarına tÉ™lÉ™bat rekord hÉ™ddÉ™ çatıb. 

Mağazalarda bəzi modellər qısa müddətdə tükənib və satışlarda əsl canlanma yaranıb.

İnsanların seçimini dəyişən əsas amil isə qızıl və gümüş arasındakı böyük qiymət fərqidir. Hazırda 10 qramlıq gümüş qolbağın qiyməti təxminən 2 min lirə (təxminən 77 manat) civarındadır. Eyni çəkidə olan 22 əyarlı qızıl qolbaq üçün isə alıcılar 69 min lirədən (təxminən 2676 manat) keçməli olurlar. Aradakı bu uçurum həm gündəlik istifadə, həm də hədiyyəlik əşya axtaranları gümüş mağazalarına sövq edir.

Alıcılar gümüş məmulatlarının vizual olaraq qızıldan seçilmədiyini və eyni işçiliklə hazırlandığını bildirirlər.

Bir çoxları həm xoş görünmək, həm də büdcəyə qənaət etmək üçün bu üsula əl atdıqlarını qeyd edirlər. Sektor təmsilçiləri gümüşə olan bu marağın hələ uzun müddət davam edəcəyini proqnozlaşdırırlar. (Demokrat.az)

Bizim.Media 

Chosen
3
1
bizim.media

2Sources