Bu gün Mingəçevir şəhərinin bir hissəsində4 saat işıq olmayacaq.
Bakıvaxtı.az xəbər veri ki. bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Qeyd olunub ki, Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/6 kV-luq "Şəhər" yarımstansiyasından çıxan 6 kV-luq 25 saylı hava xətti üzrə ağac budanması və təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 10:00-dan 14:00-dək Aydın Məmmədov, Xətai, Sahil, Mehman Bəkirov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Təmir və ağac budanması işləri yekunlaşdıqdan sonra həmin küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.