Bakı. Trend:
Fransanın "Paris" klubu baş məşqçisi Stefan Jiyi ilə yollarınırəsmi şəkildə ayırdığını açıqlayıb. 51 yaşlı mütəxssis 2023-cü ilinyayından bəri komandaya rəhbərlik edirdi.
Trend xəbər verirki, Jiyinin rəhbərliyi altında paytaxt təmsilçisi Liqa 1-ə yüksələbilmişdi.
Lakin cari mövsümdəki zəif çıxış rəhbərliyin qərarına təsiredib. Belə ki, Fransa çempionatında keçirilən 23 turdan sonra 23xal toplayan “Paris” turnir cədvəlinin 14-cü pilləsindəqərarlaşıb.
Qeyd olunur ki, Stefan Jiyi baş məşqçi kimi ilk təcrübəsiniyaşayırdı. O, əvvəllər Mərakeş və Bosniya və Herseqovina millikomandalarında, həmçinin Soşo və Qrenobl klublarında köməkçi məşqçivəzifəsində çalışıb.