Bakı. Trend:
Azərbaycanın Meksikadakı səfirliyi Meksikada davam edəniğtişaşlarla bağlı ölkədəki vətəndaşlarına müraciət edib.
Trend xəbər verirki, müraciət səfirliyin “X” sosial media hesabında paylaşılıb.
"Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətininpisləşməsi ilə əlaqədar olaraq, Meksikada səfərdə olan və yamüvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına Xaliskoştatı, eləcə də qonşu Miçioakan, Quanaxuato, Kolima,Aquaskalientes, Zakatekas və Nayarit ştatlarında yerli dövlətorqanları tərəfindən verilən təhlükəsizlik tövsiyələrini diqqətləizləmələri və onlara ciddi şəkildə riayət etmələri tövsiyəolunur.
Vətəndaşlarımızdan ayıq-sayıq olmaları, şəxsi təhlükəsizlikqaydalarına əməl etmələri, kütləvi toplaşmalardan və riskliərazilərdən uzaq durmaları, həmçinin yalnız rəsmi mənbələrdənyayımlanan məlumatları izləmələri xahiş olunur.
Meksikadakı Azərbaycan Respublikasının Səfirliyinin Konsulluqşöbəsinin qaynar xətt nömrələri:
+52 5511 907 092
+52 5555 404 109", - deyə paylaşımda deyilir.