Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Braziliya Futbol Konfederasiyasının rəhbərliyi Karlo Ançelotti ilə yeni dördillik müqavilə imzalamağı planlaşdırır.
Oxu.Az AS nəşrinə istinadən xəbər verir ki, bu müqaviləyə əsasən, o, dünyada milli komandanın ən yüksək ödənişli məşqçisi ola bilər.
Bildirilir ki, Ançelottinin maaşı illik təxminən 40 milyon avro təşkil edəcək.
Mütəxəssisin hazırkı müqaviləsinə həmçinin Braziliya millisinin 2026-cı il Dünya Çempionatında qalib gələcəyi təqdirdə, beş milyon avro məbləğində bonus daxildir.
İtalyan mütəxəssis Braziliya komandasına 2025-ci ilin mayından rəhbərlik edir və bu müddət ərzində səkkiz oyun keçirib, dörd qələbə qazanıb, iki dəfə heç-heçə edib və iki məğlubiyyətlə üzləşib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.