EN

Səfirlik Meksikadakı Azərbaycan vətəndaşlarına müraciət etdi

Azərbaycanın Mexikodakı səfirliyi Meksikada davam edən iğtişaşlarla bağlı bu ölkədəki vətəndaşlarımıza müraciət edib.

Publika.az xəbər verir ki, müvafiq müraciət səfirliyin "X" sosial media hesabında paylaşılıb.

Bildirilib ki, Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq bu ölkədə səfərdə olan və ya müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına Xalisko ştatı, eləcə də qonşu Miçioakan, Quanaxuato, Kolima, Aquaskalientes, Zakatekas və Nayarit ştatlarında yerli dövlət orqanları tərəfindən verilən təhlükəsizlik tövsiyələrini diqqətlə izləmələri və onlara ciddi şəkildə riayət etmələri tövsiyə olunur.

"Vətəndaşlarımızdan ayıq-sayıq olmaları, şəxsi təhlükəsizlik qaydalarına əməl etmələri, kütləvi toplaşmalardan və riskli ərazilərdən uzaq durmaları, həmçinin yalnız rəsmi mənbələrdən yayımlanan məlumatları izləmələri xahiş olunur", - diplomatik nümayəndəlikdən bildirilib.

Chosen
19
28
publika.az

10Sources