EN

Qurban Qurbanovun narazı getdiyi stadionda qeyri-adi problem aşkarlandı - VİDEO

Xəbər verdiyimiz kimi, Misli Premyer Liqasının XXI turunda “İmişli” Quba Olimpiya İdman Kompleksinin stadionunda “Şamaxı”nı qəbul edib.

Sportinfo.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçdan sonra “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov maraqlı iddia ilə çıxış edib.

O bildirib ki, Quba Olimpiya İdman Kompleksinin stadionunun qapıları normadan 11 sm hündür imiş:

“Bu stadiona xeyrimiz oldu. Əvvəl bu stadionun qapıları normadan 11 sm hündür idi. Bu gün onu düzəltdilər”.

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “İmişli”yə 1:0 hesab ilə qalib gəldikləri matçdan sonra meydançanın durumundan narazılığını bildirib.

O, Quba Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyündə futbol oynamağa necə icazə verildiyini anlamadığını deyib.

Chosen
34
8
sportinfo.az

9Sources