EN

QHT sədri: Müharibə əlillərinin sosial müdafiəsi gücləndirilir

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daim ölkə rəhbərliyi tərəfindən diqqət və qayğı göstərilmişdir. Ulu Öndər Ümummilli Lider Heydər Əliyev 90-cı illərdə mühüm sosial proqramlar imzalayaraq, mənzil, ovtomobil təminatınatları həyata keçirilmişdir.

QHT.az xəbər verir ki, bu fikirləri “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva bildirib. Oqeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfər zirvəsinə yüksələn Azərbaycan eyni zamanda güclü sosial siyasətə malikdir. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər aparılır:

"Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 16 min,postmüharibə dövründə 7,2 min mənzil və fərdi ev verilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7,7 min,postmüharibə dövründə 567 avtomobil verilmişdir".

 

Pərvanə Fərhadqızı

Chosen
27
qht.az

1Sources