Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 22-ci tur çərçivəsində “Malavan”la qarşılaşıb.
Sözügedən komanda bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıblar. Təbrizlilərin yeganə qolunu 87-ci dəqiqədə Danial Esmaeilifar vurub.
“Traktor” cari mövsümdə qazandığı 36 xalla 16 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 21 oyunda 9 qələbə qazanıb, 9 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.
Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş Cənubi Azərbaycan təmsilçisi növbəti turda “Gol Gohar”la qarşılaşacaq. Bu oyun fevralın 26-da evdə baş tutacaq.
