EN

“Gəncə” Azərbaycan Kubokunun qalibi oldu – ARENA.AZ

“Gəncə” komandası basketbol üzrə Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün qalibi olub.

Arena.az xəbər verir ki, bu gün keçirilmiş final oyununda “Sabah” və “Gəncə” komandaları üz-üzə gəliblər

Bakı İdman Sarayında baş tutmuş qarşılaşma Gəncənin eyniadlı təmsilçisinin 89:82 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, 2025-ci ildə NTD komandası Azərbaycan Kubokunun qalibi olmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
4
6
arena.az

10Sources