EN

Şəki sakini iş yerində ürəktutmadan ölüb

Şəki sakini Rəsul İsmayılov iş yerində ürəktutmadan dünyasını dəyişib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Şəki şəhəri ərazisində iş zamanı 57 yaşlı şəxsin halı qəfildən pisləşib.

İş yoldaşları dərhal hadisə yerinə təcili tibbi yardım briqadası çağırıblar. İlkin tibbi müayinə zamanı Rəsul İsmayılovun vəfat etdiyi müəyyən olunub. Həkimlər onun ürəktutmadan öldüyü qənaətinə gəliblər.

Meyit müvafiq ekspertiza üçün aidiyyəti üzrə prosedurlardan keçirildikdən sonra ailəsinə təhvil verilib.

Baş verən ölüm faktına görə Şəki rayon prokurorluğunda araşdırma başladılıb.

Chosen
5
12
yeniazerbaycan.com

10Sources