EN

ABŞ-də Trampın iqamətgahına girməyə cəhd edən şəxs güllələndi

BAKI, 22 fevral. TELEQRAF

ABŞ-nin Gizli Xidmət əməkdaşları Prezident Donald Trampa məxsus Mar-a-Laqo iqamətgahının ətrafına daxil olmağa cəhd edən silahlı şəxsi zərərsizləşdiriblər.

Teleqraf xəbər verir ki, bu barədə xidmətin sözçüsü Entoni Qulyelmi yazılı açıqlamasında bildirib.

Məlumata görə, bazar günü gecə saatlarında silahlı şəxs Mar-a-Laqo ətrafındakı mühafizə olunan zonaya qanunsuz daxil olub. O, Gizli Xidmət əməkdaşları və yerli şerif köməkçisi tərəfindən güllələnib. Şəxsin adı açıqlanmayıb. Onun üzərində ov tüfəngi və yanacaq qabı olduğu ehtimal olunur. Hadisənin motivləri hələlik məlum deyil.

Bildirilib ki, insident zamanı Gizli Xidmət tərəfindən qorunan şəxslərdən heç biri iqamətgahda olmayıb. Trampın həmin vaxt Vaşinqtonda olduğu qeyd olunur.

Chosen
13
teleqraf.com

1Sources