EN

"Sabah" Premyer Liqada növbəti qələbəsini qazandı

Misli Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

Milli.Az-ın məlumatına görə, günün ikinci matçında "Sabah" "Kəpəz"i qəbul edib.

"Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0.

88-ci dəqiqədə Kahim Parris fərqlənib.

Xallarının sayını 52-yə çatdıran Bakı klubu liderdir. Gəncə təmsilçisi 13 xalla 11-ci sıradadır.

Günün ilk görüşündə "Şamaxı" "İmişli" ilə bərabərə qalıb - 0:0.

Qeyd edək ki, XXI turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni, "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (hər ikisi 2:0) məğlub edib. "Sumqayıt" - "Qəbələ" qarşılaşması qolsuz başa çatıb. Turun "Neftçi" - "Qarabağ" oyunu isə qeyri-müəyyən müddətə təxirə salınıb.

Milli.Az

Chosen
16
9
milli.az

10Sources