Misli Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Publika.az xəbər verir ki, günün ikinci matçında "Sabah" "Kəpəz"i qəbul edib.
"Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0.
88-ci dəqiqədə Kahim Parris fərqlənib.
Xallarının sayını 52-yə çatdıran Bakı klubu liderdir. Gəncə təmsilçisi 13 xalla 11-ci sıradadır.