EN

Premyer Liqa: “Sabah” “Kəpəz”i məğlub edərək liderliyini möhkəmləndirdi

BAKI, 22 fevral. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində “Sabah” və “Kəpəz” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

FIFA referisi Əlyar Ağayevin idarə etdiyi görüşdə yeganə qolu 87-ci dəqiqədə Kahim Parris vurub.

Bu nəticədən sonra Valdas Dambrauskasın komandası xallarını 52-yə çatdıraraq turnir cədvəlində liderliyini möhkəmləndirib. Azər Bağırovun kollektivi isə 14 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün daha əvvəl keçirilən “İmişli” – “Şamaxı” qarşılaşmasında da hesab açılmayıb. Turun digər oyunlarında “Araz-Naxçıvan” səfərdə “Karvan-Yevlax”ı, “Turan Tovuz” isə “Azersun Arena”da “Zirə”ni 2:0 hesabı ilə məğlub edib. “Sumqayıt” – “Qəbələ” matçı isə qolsuz bərabərliklə başa çatıb.

Chosen
10
1
teleqraf.com

2Sources