EN

TikTok bataqlığı efir məkanını boğur

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tv-lərdəki mənzərə tamaşaçıların ciddi narazılığına səbəb olub. Sosial şəbəkələrdə, xüsusən də TikTok platformasında hansısa qeyri-etik hərəkəti və ya bayağı çıxışı ilə populyarlıq qazanan şəxslərin efirlərə dəvət edilməsi artıq ənənə halını alıb. Bu tendensiya ekran qarşısında əyləşən insanların zövqünü korlamaqla yanaşı həm də cəmiyyətdə yanlış dəyərlərin formalaşmasına yol açır.Prodüserlər və proqram rəhbərləri bu addımı reytinq toplamaq istəyi ilə əsaslandırırlar. Onlar hesab edirlər ki, internetdə müzakirə olunan istənilən şəxs ekrana çıxanda baxış sayı artacaq. Lakin bu yanaşma peşəkar jurnalistika prinsiplərinə tam ziddir. Çünki televiziya təkcə əyləncə vasitəsi deyil, həm də maarifləndirici funksiya daşımalıdır. Küçədə etikadan kənar davranışı ilə tanınan birinin "ulduz" kimi təqdim edilməsi gənc nəslə verilən ən pis mesajdır.Azərbaycanda efir məkanının saflaşdırılması ilə bağlı dəfələrlə çağırışlar edilsə də, bəzi verilişlər hələ də "qalmaqal və bayağılıq" xəttindən əl çəkmir. İnkişaf etmiş ölkələrin media təcrübəsinə baxsaq görərik ki, sosial şəbəkə fenomenləri yalnız cəmiyyətə faydalı iş gördükdə və ya xüsusi istedad nümayiş etdirdikdə efirə yol tapa bilirlər. Bizdə isə təəssüf ki, tənqid olunan, hətta lağ hədəfinə çevrilən şəxslər baş köşədə oturdulur.Bu problem təkcə kanalların yox, həm də cəmiyyətin ümumi mədəni göstəricisidir. Tamaşaçı bu növ kontentə "yox" deməyi bacarmalı, kanallar isə ucuz populyarlıq dalınca qaçmaqdan imtina etməlidir. Efir mədəniyyəti reytinq naminə qurban verilməyəcək qədər vacib dəyərdir.İslam

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
demokrat.az

1Sources