Azərbaycan gimnastları Bakıda keçirilən Dünya Kubokunu altı medalla başa vurublar.
Publika.az xəbər verir ki, son olaraq Selcan Mahsudova – Maqsud Mahsudov cütü qarışıq sinxron proqramda qızıl mükafat qazanıblar.
Onlar yarışda birinci yeri tutublar. Daha əvvəl tamblinqçilərdən Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medala yiyələnib.