Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ukrayna ilə Azərbaycan arasında münasibətlər son iki ildə siyasi, iqtisadi və humanitar istiqamətlər üzrə nəzərəçarpacaq dərəcədə genişlənib.
BAKU.WS xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib.
Diplomat xatırladıb ki, iki il əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən Azərbaycana səfir təyin olunub. Onun sözlərinə görə, bu müddətdə Ukrayna–Azərbaycan strateji tərəfdaşlığının möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparılıb.
"Nəticələr barədə yekun qiymət vermək hələ tezdir. Lakin ötən iki il ərzində siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, humanitar təşəbbüslərin və sosial münasibətlərin inkişafı sahəsində mühüm addımlar atılıb. Ukrayna üçün bu çətin dövrdə göstərilən səmimi dəstək və həmrəylik xüsusi əhəmiyyət daşıyır", – deyə səfir vurğulayıb.
Y.Qusev həmçinin iki xalq arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə görə azərbaycanlı tərəfdaşlarına və Ukrayna ictimaiyyətinə təşəkkür edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.