"Çelsi" Premyer Liqanın 27-ci turunda "Börnli" ilə heç-heçə başa çatan oyunda (1:1) məğlubiyyətdən qaçsa da, antirekordla yadda qalıb.
Fanat.Az xəbər verir ki, matçı azlıqda başa vuran londonlular son 10 ilin intizamsızlıq göstəricisinə imza atıb.
"Sky Sports"-un hesablamasına görə, "Çelsi" bu mövsüm bütün yarışlarda (Klublararası Dünya Çempionatı istisna olmaqla) 8 dəfə meydanda azlıqda qalıb. Bu, 2015-16 mövsümündən bəri İngiltərə Premyer Liqası komandaları arasında ən yüksək qovulma sayıdır. O vaxt "Vest Hem" 9 qırmızı vərəqə alıb. Fofananın qovulması "Çelsi"nin bu mövsüm Premyer Liqada altıncı qırmızı vərəqəsidir.
"Çelsi"nin 2007-08 mövsümünü də 6 "qırmızı" ilə başa vurub.