EN

"Sən demə, qapılar 11 sm hündür imiş" - Ayxan Abbasov Qubadakı stadionun sirrini açdı

“Kubokda iddialıyıq” - Ayxan Abbasov

Misli premyer-liqasının 21-ci turunda “Şamaxı” “İmişli” ilə heç-heçə etdi - 0:0.

Oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov media önünə çıxıb.

- Çətin oyun olacağını bilirdik. Futbolçular çox əziyyət çəkdilər. Oyunun gedişatına baxsaq, hər iki komanda 1 xala layiq oynadı. Çox danışılası bir şey yoxdu. Sevindirici haldı ki, iki oyundu qol buraxmırıq. Çox oyunlarda ucuz qollar buraxırdıq. İkinci dövrənin bitməyinə 1 oyun qaldı. 3-cü dövrə və kubok olacaq. Çalışacağıq ki, hazır olaq.

- ⁠Demək olar ki, komanda hədəfinə çatıb - elitada qalıb. Futbolçuları son dövrədə nə ilə motivasiya edəcəksiz?
- ⁠Yaxşı sualdı (gülür). Ən önəmli məqam bu olacaq. Futbolçulara demişdim ki, hər kəs karyerasını düşünsün. Ən pikinə çatmaq üçün oynasın. Bəzi futbolçularımız karyerasının ən yaxşı dövrünü yaşayır. Hədəf var. Kubokda iddialıyıq. Davam etmək istəyirik. Birinci oyun mübarizəyə fürsət verir. Hər şey mümkündü. İnanmasaq, deməli bu işi bacarmırıq. Çempionat maraqlı keçir. “Qəbələ”nin də, bizim də kubokda şansımız var.

- ⁠Hamının şikayətçi olduğundan siz də şikayətçisiz? (söhbət meydançadan gedir)
- ⁠Son oyundan sonra danışılanların üstünə nə isə deməyin yeri yoxdu. Hər şey deyilib. Sevindirici hal oldu ki, bir problemi həll etdik. Sən demə, qapılar 11 sm hündür imiş.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
23
1
football-plus.az

2Sources