EN

Xamenei öldürülərsə... - Etibarlı dairələrə hazırlıqlı olmaq tapşırıldı

Bu barədəThe New York Times yüksək vəzifəli İran rəsmiləriə və İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Xamenei səlahiyyətlərinin bir hissəsini etibarlı şəxslərdən ibarət məhdud dairəyə həvalə edib və hərbi və mülki idarəetmədə çoxsəviyyəli varislik sistemi yaradılmasını tapşırıb. Rəhbər şəxslərə ali liderlə əlaqənin kəsilməsi və ya onun ölümü halında hər vəzifə üzrə dörd müavin müəyyən etmək göstərişi verilib.

Əsas qərarların koordinasiyası İran parlamentinin sabiq spikeri və Ali Milli Təhlükəsizlik Şurasının katibi olmuş Əli Laricaniyə həvalə olunub. NYT-nin məlumatına görə, son aylarda onun təsiri artıb: o, daxili təhlükəsizlik məsələlərinə, müttəfiqlərlə əlaqələrə nəzarət edir və nüvə proqramı üzrə Vaşinqtonla aparılan danışıqlarda iştirak edir.

İsraillə son müharibə zamanı ali rəhbər həmçinin özünə üç mümkün varis müəyyən edib, lakin onların adları açıqlanmayıb. Əli Laricani isə dini xadim olmadığı üçün bu siyahıya daxil edilməyib.

M. Həsənli
AzVision.az
Chosen
14
2
azvision.az

3Sources