EN

Qalaktikamızla bağlı yeni nəzəriyyə: Nəyi səhv düşünmüşük?

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

La-Plata Astrofizika İnstitutunun mütəxəssisi doktor Valentina Krespi və həmkarları güman edirlər ki, Qalaktikanın mərkəzində nəhəng qara dəlik yox, yüksək sıxlığa malik fermion qaranlıq maddə yerləşir. “Monthly Notices of the Royal Astronomical Society” jurnalında dərc olunan nəzəriyyəyə görə, Qalaktikanın mərkəzinə yaxın zonada S-ulduzlarına saniyədə bir neçə min kilometrlik böyük sürəti verən məhz qaranlıq maddənin fermionlardan ibarət olan xüsusi növüdür. Qalaktikanın nüvəsi də məhz bu maddədən və ətrafındakı qalodan təşkil olunub. Yeni nəzəriyyə Avropa Kosmik Agentliyin “Gaia DR3” missiyasının əldə etdiyi son nəticələrə əsaslanaraq irəli sürülüb. Missiya çərçivəsində qalaktikanın mərkəzində ulduzların və digər obyektlərin fırlanması araşdırılıb. Məlum olub ki, əldə olunan yeni məlumatları köhnə nəzəriyyə ilə izah etmək mümkün deyil. Yeni model Qalaktikanın mərkəzinin yaxınlığında baş verən proseslərlə daha yaxşı uzlaşır. Samir Quliyev

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
azvision.az

2Sources