EN

Deputat da dilə gəldi... Erkinlə Fərmanın gizli planı!

Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İxtiyar Əsgərov

Matç.az

***

“Kəpəz” Peşəkar Futbol Klubunun inkişafı üçün Gəncədə Dövlətimiz və Dövlət Başçımız tərəfindən həyata keçirilən demək olar ki, bütün infrastruktur layihələr yekunlaşıb. Bir tək əsas stadionun ot örtüyü qalıb ki, o da bu yaxın zamanlarda tamamlanacaq və komanda öz oyunlarını doğma şəhərində keçirəcək.

Bu işin bir tərəfi! Gəldik “Kəpəz”in sponsor məsələsinə.1 il öncə klubun İdarə Heyəti olaraq sponsor axtarışında idik. Bir təklif gəldi Adil Vəliyev adlı şəxsdən,düzü tanıdığım birisi deyildi, dedilər Adnan Əhmədzadənin (o zaman dövlətə qarşı iqtisadi xəyanətdə ittiham edilib DTX tərəfindən həbs olunmamışdı) işlərini aparır. Adnan Əhmədzadənin o zaman “Mingəçevir” Futbol Klubunu himayəçiliyinə götürmək niyyəti var idi. Adil Vəliyevlə “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri bir neçə dəfə görüş keçirdi. İdarə Heyətinin hər bir üzvünü inandırdı ki, klub üçün hər şey daha yaxşı olacaq. Bizim istəyimiz isə o idi ki, nə olursa olsun, bir tək “Kəpəz” irəli getsin. Futbolda sponsor yoxdursa, klubun liqada qalma şansı belə azdı. Nəzərə alsaq ki,Gəncə şəhər stadionunda Kəpəz üçün Dövlətimiz tərəfindən elə bir şərait yaradılıb ki, açıq deyim heç ölkənin aparıcı klubu olan “Qarabağ”da bu şərait yoxdur.

Necə deyərlər, biz HƏ dedik! Klubun rəhbərliyi dəyişdirildi, kölgəyə çəkilən Adil Vəliyev sanki əvvəlcədən hadisələri planlayırmış kimi, nüfuzlu iş adamı Namiq Qədirov irəli verib onun sədr olmasını istədi. Namiq müəllim ilk gündən xoş təəssürat yaratdığından onun kluba daha çox kömək edə biləcəyinə inandıq. Amma Qədirovun “Kəpəz”də qalması çox çəkmədi. Vəliyevin ən yaxın adamları, qohumu Erkin İbrahimov və dostu Fərman Əlizadə Namiq müəllimi plan qurub klubdan uzaqlaşdırdılar. Bununla bitmədi. Kluba ən çətin günlərində dəstək olmuş, hec vaxt “Kəpəz”i yarıyolda buraxmayan insanların da komandadan çıxarılması prosesinə start verildi. İllərlə Gəncə təmsilçisinə xidmət edənlər bir-bir yola salındı. Klub idarəçilikdən zəiflədildi. Son nəticədə Adil Vəliyev özü sədr olub klubu tək idarə etməyə başladı. Hazırda onun özü də “Kəpəz”dən çox-çox kənardadı, kluba diqqət, maliyyə ayırmır, özünün ən etbarlı silahdaşı AGROSPORTUN rəhbəri Fərman bəy ötən mövsümdə klubla əməkdaşlıqda 3 meydançanın xidmət ödənişni 12 000 min manata etdiyi halda necə olur ki, indi 2 meydançanın xidməti 24 000 min manat olur? Burdan belə nəticə formalaşır: Erkin İbrahimov – Fərman Əlizadə cütlüyü klubu bərbad şəkildə idarə etməklə büdcəni öz maraqlarına uyğun formada xərcləyiblər. Əgər buna da idarəçilik demək mümkündürsə. Nəticələr, hər gün klubda baş verən olaylar, kənardan idarə edilən bərbad, sahibsiz "KƏPƏZ" mətbuatın, ictimaiyyətin müzakirə mövzüsüdü...

P.S. Gəncənin deputatı Müşfiq Cəfərovun paylaşımı

Mia.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
mia.az

1Sources