EN

"Mançester Siti" və "Barselona" bu müdafiəçini istəyir

"Ayntraxt"ın sol cinah müdafiəçisi Nataniel Braun iki aparıcı Avropa klubunun maraq dairəsinə düşüb

90deqiqe.Az-ın "Sport Bild"ə  istinadən məlumatına görə, "Mançester Siti" və "Barselona" 22 yaşlı futbolçunun xidmətində maraqlıdır. Sözügedən klublar yay transfer pəncərəsi zamanı futbolçunun transfer siyahısına daxil edib və artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Lakin Almaniya klubu Braunu 65 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.

Bu mövsüm Braun bütün yarışlarda 31 oyunda meydana çıxıb və doqquz xal (3 qol, 6 məhsuldar ötürmə) qeydə alıb. Müdafiəçinin "Ayntraxt"la müqaviləsi 2030-cu ilə qədərdir. "Transfermarkt" mütəxəssisləri onun dəyərini 35 milyon avro qiymətləndirirlər.

Chosen
14
90deqiqe.az

1Sources