EN

Məşhur müğənni ad günündə evlilik təklifi aldı - Fotolar

Məşhur türkiyəli müğənni Derya Uluğ ad gününü xüsusi bir sürprizlə qeyd edib.

“Ölkə.az” xəbər verir ki, təxminən 10 ildir birlikdə olduğu sevgilisi Asil Gök müğənni üçün gecənin ən romantik anını hazırlayıb və ona evlilik təklif edib.

Romantik təklif yaxın dostların da iştirak etdiyi şənlikdə baş tutub. Asil Gök diz çökərək etdiyi təkliflə hamının diqqətini çəkib və cütlüyün sevinc dolu anı qonaqların alqışları ilə qarşılanıb.

Derya Uluğ sosial media hesabında “Hə dedim” paylaşımı ilə təklifi qəbul etdiyini açıqlayıb.

Cütlük toy tarixi ilə bağlı hələlik açıqlama verməyiblər.(qafqazinfo)

Chosen
1
1
olke.az

2Sources