EN

"The Times"dan qorxunc proqnoz - Ukraynanın xilası üçün daha 250 min əsgər lazımdır 

Ukrayna cəbhəsində vəziyyət kritik həddə çatıb.

Manset.az xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu "The Times" nəşri qərb kəşfiyyatı və hərbi müşahidəçilərin hesabatlarına istinadən bildirir ki, Ukrayna Silahlı Qüvvələri hazırda cəbhənin əksər istiqamətlərində Rusiya ordusuna uduzur.

Məlumata görə, Ukrayna ordusunun ən böyük çətinliyi şəxsi heyət və ağır texnika çatışmazlığıdır. Qərb hərbi mənbələri vurğulayır ki, Rusiya böyük itkilər verməsinə baxmayaraq, hərbi potensialını qoruyub saxlayır və ən azı daha bir il yüksək intensivlikli müharibə aparmaq iqtidarındadır. Hazırda Rusiya qoşunları Liman və Seversk istiqamətində təzyiqi artırır, eyni zamanda Slavyansk və Kramatorsk şəhərlərinə doğru irəliləməyə davam edir.

NATO-nun yüksək rütbəli rəsmisi nəşrə açıqlamasında müharibənin gedişatını dəyişmək üçün lazım olan şərtləri açıqlayıb: "Ukraynanın bu müharibədə qalib gəlməsi və ya ən azı cəbhədəki vəziyyəti öz xeyrinə dəyişməsi üçün ona minimum 250 min əlavə əsgər və qat-qat güclü silahlanma lazımdır".

Rusiya dayanmır

Hesabatda qeyd olunur ki, Kremlin hərbi maşını dayanmadan yeni qüvvələri cəbhəyə cəlb edir. Ukraynanın isə həm səfərbərlik, həm də qərbdən gələn hərbi yardımların ləngiməsi səbəbindən müdafiə xətlərini saxlamaqda ciddi çətinlik çəkdiyi vurğulanır. Əgər yaxın vaxtlarda canlı qüvvə və silah təminatında sıçrayış baş verməzsə, strateji şəhərlərin itirilmə riski realdır.

Chosen
10
manset.az

1Sources