EN

Xəstəxanada vəfat edən 3 yaşlı körpə ilə bağlı rəsmi AÇIQLAMA

Bizim media saytına istinadən ain.az xəbər verir.

Gəncədə xəstəxanaya ağır vəziyyətdə gətirilən və vəfat edən 3 yaşlı körpə ilə bağlı rəsmi açıqlama verilib. Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, 22.02.2026-cı il tarixində saat 06:40 radələrində 2023-cü il təvəllüdlü azyaşlı (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:"Ona dəqiqləşdirilməmiş sepsis və dəqiqləşdirilməmiş ağciyər çatışmazlığı diaqnozu təyin olunub və müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Göstərilən zəruri reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 07:00 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb" deyə məlumatda bildirilir.Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
18
bizim.media

10Sources