GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Hizbullah” İsraillə müharibəyə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Arabiya” nəşri məlumat verib.
“Hizbullah” İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabitlərinin rəhbərliyi altında, İsraillə müharibənin bərpası və İsrailin təşkilata zərbəsi ssenarisinə aktiv hazırlıq aparır. Son dövrlərdə təşkilat rəhbərliyi gözlənilən müharibə planları üzrə hərbi müşavirələrin sayını xeyli artırıb.
“Hizbullah”a yaxın mənbələr bildiriblər ki, hazırlığı iranlı SEPAH zabitləri idarə edir. Onların bir hissəsi Livanda olub, digərləri isə ABŞ-ın Təhrana zərbə endirmə ehtimalı müzakirə edilərkən gəliblər. Bu zabitlər yalnız “Hizbullah”ın imkanlarının bərpasını nəzarətdə saxlamayıb, həm də təşkilatın müharibəyə hazırlığını birbaşa idarə edir, döyüşçülərlə görüşərək təlimat və göstərişlər verirlər.
Xüsusilə, Bekaa vadisindəki raket bölməsində keçirilən görüş zamanı İsrail ordusu təşkilatın qərargahına zərbə endirib”, – deyə bildirilib.
Safura Bənnayeva
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.