EN

Camal Musiala Bundesliqada tarixi rekorda imza atdı – ARENA.AZ

Almaniya Bundesliqasının 23-cü turunun “Ayntrxt”la ev oyunu “Bayern”in futbolçusu Camal Musiala üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, “Bayern” Frankfurt təmsilçisi ilə görüşdən 3:2 hesablı qələbə ilə ayrılıb.

Meydan sahiblərinin heyətində Harri Keyn dubl edib, daha bir qolu isə Aleksandar Pavloviç vurub.

Musiala isə bu oyunda iştirak etməklə Bundesliqadakı 100-cü qələbəsini qazanıb.

Almaniyalı futbolçu turnir tarixində bu nəticəyə çatan ən gənc oyunçu olub. Rekord zamanı o, 22 yaş 360 günlüyündə olub.

“Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir. Futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Musiala cari mövsümdə cəmi 8 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 215 oyun, 65 qol və 41 məhsuldar ötürmədən ibarətdir.

Musiala “Bayern”lə UEFA Çempionlar Liqasının (2019/2020), FIFA Klub Dünya Kubokunun (2021), UEFA Super Kubokunun (2020/2021) qalibi olub. Musiala Münhen klubu ilə 5 dəfə Almaniya çempionu (2019/2020, 2020/2021, 2021/2022, 2022/2023, 2024/2025) və 3 dəfə Almaniya Kubokunun (2020/2021, 2021/2022, 2022/2023) qalibi olub.

Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 40 oyun keçirib, 8 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 22 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
2
9
arena.az

10Sources