EN

Kremldən postsovet ölkəsinə açıq hədə: Nüvə silahlarımızla vuracağıq!

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Kreml Estoniyanın öz ərazisində nüvə silahları yerləşdirməsi xəbərinə reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində danışıb.

O qeyd edib ki, Estoniya Rusiyaya çox yaxın ərazidə yerləşir:

“Lakin Rusiya nə bu respublikaya, nə də digər Avropa dövlətlərinə heç bir təhlükə yaratmır. Amma əgər Estoniya ərazisində bizə qarşı nüvə silahları varsa, onda bizim nüvə silahlarımız da Estoniya ərazisinə qarşı yönələcək. Onlar bunu aydın şəkildə başa düşməlidirlər”.

Peskov əlavə edib ki, Rusiya rəhbərliyi ölkənin təhlükəsizliyini təmin etmək üçün həmişə lazım olanı edəcək.

Xatırladaq ki, bundan əvvəl Estoniyanın xarici işlər naziri Marqus Tsahkna sözügedən məsələ barədə danışmışdı.

“Biz ərazimizdə nüvə silahlarının yerləşdirilməsinə qarşı deyilik. NATO müdafiə planlarımıza uyğun olaraq, bunu zəruri hesab edərsə mümkündür”, – deyə o bildirmişdi.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
9
globalinfo.az

10Sources