EN

“Real Madrid” baş məşqçisini göndərə bilər

İspaniyanın “Real Madrid" klubunun baş məşqçisi Alvaro Arbeloa istefaya göndərilə bilər.

Fevralın 25-də UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Portuqaliya “Benfika"sına qarşı keçiriləcək cavab qarşılaşması 43 yaşlı mütəxəssis üçün həlledici olacaq.

Lissabondakı ilk oyunda 1:0 hesablı qələbə qazanılmasına baxmayaraq, La Liqanın son turunda "Osasuna"ya məğlubiyyət (1:2) rəhbərliyin səbrini daşırıb.

Klub rəhbərliyi Arbeloanın taktiki qərarlarından narazıdır. Çempionlar Liqasında mübarizəni dayandırmaq Arbeloanın istefası ilə nəticələnə bilər.

Qeyd edək ki, yanvarda Xabi Alonsonu əvəzləyən Alvaro Arbeloanın rəhbərliyi altında "kral klubu" 10 matçda 7 qələbə qazanıb və 3 dəfə məğlub olub.

 

(teleqraf)

Chosen
5
2
moderator.az

3Sources