EN

Mark Qehi “Mançester Siti”dəki uğurlu startı barədə: “Oyunumu tamamilə dəyişməli olmuşam”

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Mançester Siti”nin mərkəz müdafiəçisi Mark Qehi Premyer Liqada “Nyukasl Yunayted” üzərində qazanılan çətin 2:1 hesablı qələbədən sonra komandadakı inkişafı barədə danışıb.

İdman.Biz xəbər verir ki, 25 yaşlı müdafiəçi şəhərlilərin heyətinə qoşulduğu gündən bəri nümayiş etdirdiyi soyuqqanlı oyunla çempionluq yarışında komandasına böyük töhfə verir.

İngiltərə millisinin üzvü yeni klubunda taktiki cəhətdən ciddi dəyişikliklər etməli olduğunu etiraf edib. O, Pep Qvardiolanın oyun fəlsəfəsinə uyğunlaşmağın asan olmadığını bildirib:

“Bura nəhəng klubdur. Gəldiyim gündən həm futbolçular, həm də texniki heyət məni çox yaxşı qarşılayıb. Burada oyunumu tamamilə dəyişməli olmuşam. Hər gün yeni nəsə öyrənirəm. Topu nə vaxt ötürmək, rəqibi necə qarşılamaq kimi bir çox aspekti iş başında mənimsəyirəm. Bu prosesdə mənə çox kömək edirlər”.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
1
icma.az

2Sources