EN

Trampın xüsusi nümayəndəsi İranla danışıqlarda ABŞ-ın "qırmızı xətt"ini açıqladı

"ABŞ İranın uranı zənginləşdirməkdən imtina etməsində israr edir, bu, Vaşinqtonun danışıqlardakı "qırmızı xətt"idir".

 

Bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff "Fox News" telekanalına müsahibəsində deyib.

 

"Biz İranla danışıqlara getməzdən əvvəl Prezident Donald Tramp mənə və Cared Kuşnerə təlimat verdi, "qırmızı xətlər"i müəyyən etdi - zənginləşdirmə olmamalıdır, biz bütün zənginləşdirilmiş uranı müsadirə etməliyik", - deyə o bildirib.

 

ABŞ Prezidentinin xüsusi nümayəndəsi iddia edib ki, bir həftədən sonra Tehranın əlində nüvə bombası yaratmaq üçün lazım olan səviyyədə zənginləşdirilmiş kifayət qədər uran olacaq. Uitkoff əlavə edib ki, ABŞ Prezidenti İranın təzyiqlərə və Yaxın Şərqə yerləşdirilən ABŞ hərbi qüvvələrinə baxmayaraq, təslim olmaq istəməməsinə təəccüblənir.

Chosen
18
41
senzor.az

10Sources