EN

Lvovda güclü partlayış: 1 ölü, 15 yaralı…

Fevralın 22-sinə keçən gecə Ukraynanın Lvov şəhərində partlayış baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, polis mağazanın qarət olunması barədə məlumat alıb. Patrul polisi gələn zaman ilk partlayış olub. Başqa bir briqada gələndə isə ikinci partlayış baş verib.

Partlayış nəticəsində 1 polis həlak olub, 15 nəfər isə yaralanıb. Yaralıların bir hissəsinin vəziyyəti ağırdır.

Lvov Vilayət Prokurorluğu partlayışları terror aktı kimi araşdırır.

Chosen
14
konkret.az

1Sources