EN

Pişiklər sahiblərini uzun müddət unutmur- ARAŞDIRMA

Tədqiqatlar göstərib ki, ev pişikləri müəyyən şəxslər və tanış yerlərlə bağlı xatirələri uzun müddət saxlaya bilirlər.

AzEdu.az "Сursorinfo" nəşrinə istinadən xəbər verir ki, Danimarkanın Orhus Universitetinin alimləri bu qənaətə gəliblər.

Araşdırmaya görə, pişiklərin yaddaşı emosional təcrübələrdən çox, əsasən, ətraf mühitin qavranılması və gündəlik rutinin sabitliyinə bağlıdır.

Böyük Britaniyadan olan baytar-texnik Ceyn Devidson bildirib ki, sahibinin pişik üçün rolu təhlükəsiz mühitin əsas elementidir. Alimin fikrincə, heyvanlar xüsusən də diqqət və qayğı gördükləri insanı aylarla, hətta illərlə xatırlaya bilər.

Chosen
6
2
azedu.az

3Sources