EN

Nərimanın komandası yeni mövsümə məğlubiyyətlə başladı

ABŞ çempionatında (MLS) yeni mövsüm start götürüb.

Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin yeni klubu “Kolambus Kryu” açılış turunda səfərdə “Portlend Timbers” ilə qarşılaşıb. 

Dramatik matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Nəriman hələ komandaya qoşulmadığı üçün bu görüşün iştirakçısı olmayıb.

Qeyd edək ki, çempionatda növbəti turun oyunlarına fevralın 28-də start veriləcək.

Chosen
2
1
fanat.az

2Sources