EN

ABŞ Ukrayna və Rusiya liderləri arasında mümkün görüşə hazırlaşır

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkov yaxın həftələrdə Ukrayna ilə Rusiya arasında proseslə bağlı müsbət xəbərlərin gözlənildiyini açıqlayıb.

Fox News telekanalına müsahibəsində Uitkov bildirib ki, onun və Trampın kürəkəni Jared Kuşner tərəfindən irəli sürülən təkliflər Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında birbaşa görüşün təşkilinə səbəb ola bilər.

Onun sözlərinə görə, bu görüş üçtərəfli formatda da baş tuta bilər və burada ABŞ prezidentinin iştirakı istisna edilmir. “Prezident işləri yoluna qoya biləcəyinə əmin olmadığı halda görüşmək istəmir. Onun bu prosesi irəli aparmaq üçün unikal qabiliyyəti var. Ümid edirəm ki, qarşıdakı həftələrdə yaxşı xəbərlər eşidəcəksiniz”, – xüsusi nümayəndə vurğulayıb.

Cənab Uitkov Kremlin rəhbəri ilə keçirdiyi görüşlərə yönələn tənqidlərə də münasibət bildirib. O qeyd edib ki, Rusiya tərəfinin mövqeyini və motivlərini anlamaq üçün bu təmaslar zəruri idi. “Putini, onun məqsədlərini başa düşməli idim. Hesab edirəm ki, bu görüşlər vacib idi və artıq konkret nəticələr üçün zəmin yaradır”, – o əlavə edib.

Fevralın 19-da Cenevrədə aparılan danışıqları şərh edən cənab Zelenski bildirib ki, tərəflər siyasi razılaşmadan daha çox hərbi məsələlər üzrə anlaşmaya yaxın görünürlər.

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
1
xalqqazeti.az

2Sources