Bakı. Trend:
Fevralın 22-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 22-sisaat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraitiəsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi yerlərdə azyağıntılı olub.
Düşən yağıntının miqdarı Tərtər, Lənkəran, Astarada 1mm-dir.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyinmaksimal sürəti arabir 21 m/s-dək güclənir.
Neft Daşları, Çilov adası, Şəki, Şəmkir, Neftçala, Lənkəran,Lerikdə duman müşahidə olunur, dumanda görünüş 200 metrədəkməhdudlaşır.
Fevralın 21-də havanın maksimal temperaturu Bakıda və Abşeronyarımadasında 14, Naxçıvan MR-da 17, Aran rayonlarında 19, dağlıqrayonlarda 16 dərəcəyədək isti müşahidə olunub.