Böyük Britaniya Kralı III Çarlz qardaşı, keçmiş Şahzadə Endryunun fəaliyyəti ilə bağlı bütün sənədlərə polisin girişinə icazə verib.
"Unikal" xəbər verir ki, buraya Endryu Mauntbatten-Vindzorun Xüsusi Ticarət Nümayəndəsi olduğu dövrdən elektron poçtlar və hökumət sənədləri daxildir.
"Biz tam və ürəkdən əməkdaşlıq edəcəyimizi bildirmişik", - deyə "The Observer" qəzeti kral ailəsi mənbəsinə istinadən bildirir.
Qəzetin məlumatına görə, keçmiş Şahzadə Endryunun 2022-ci ilə qədər şəxsi ofis və mənzillər saxladığı Bukinqem Sarayının özündə axtarışların aparılıb-aparılmayacağı hələlik məlum deyil. Mənbələr istintaqın Ceffri Epşteynin işləri ilə bağlı məlumatların uzun müddətdir gizlədilməsinə dair sübutlar aşkar edə biləcəyi ehtimalını istisna etmirlər.