EN

“Keçmiş Şahzadə Endryu həbs olunmasına məxfi sənədlərin sızması səbəb olub” WSJ

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Keçmiş Britaniya şahzadəsi Endryu Mauntbatten-Vindzor 2001-ci ildən 2011-ci ilə qədər xüsusi ticarət nümayəndəsi vəzifəsində çalışarkən məxfi hökumət sənədlərini ötürdüyünə görə istintaq altındadır.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbəyə istinadən yazıb.

2010-cu ilin sonlarında Endryu Mauntbatten-Vindzor maliyyəçi Ceffri Epşteynə Vyetnam, Sinqapur, Honkonq və Şençjenə etdiyi işgüzar səfərlər, eləcə də Əfqanıstandakı investisiya imkanları ilə bağlı məxfi brifinq barədə gizli hesabatlar göndərib.

Yazışmalarda o, "Royal Bank of Scotland"ın restrukturizasiyası və bank rəhbərliyi ilə danışıqların təfərrüatları barədə məlumat paylaşıb. Bəzi elektron poçtlar "tələb üzrə" qeyd olunub.

Müstəntiqlər həmçinin Britaniya kralının qardaşının Ceffri Epşteynin işgüzar əlaqələrini asanlaşdırdığı, ona Liviyadakı bank strukturları və rəsmiləri ilə əlaqələr qurmağa kömək etməyə çalışdığı nəzəriyyəsini də diqqətdə saxlayırlar.

Xatırladaq ki, 19 fevralda Kral III Çarlzın kiçik qardaşı Norfolkdakı Sandrinqem malikanəsində saxlanılıb. O, 12 saatlıq dindirmədən sonra sərbəst buraxılıb. Onun evində axtarış aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
2
azpolitika.info

3Sources